🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bəzi yollarında sıxlıq var

Azərbaycan.media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda paytaxtın bir sıra ərazilərində yol sıxlığı müşahidə olunur:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətinə doğru;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətinə;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.
Sürücülərdən alternativ yolları seçmək və hərəkətdə diqqətli olmaq tövsiyə olunur.