Azərbaycan.media xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, onların nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2 970 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.
Araşdırmalar göstərib ki, saxlanılan şəxslər müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsi quraraq narkotik vasitələri qazanc məqsədilə əldə edib və müxtəlif ünvanlara yerləşdiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma davam etdirilir.
