🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran AMTŞ ABŞ üzərində qələbə iddiası ilə bəyanat yayıb

Azərbaycan.media xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin qəbul etdiyi şərtləri açıqlayıb.
Axar.az “Fars” agentliyinə istinadla bildirir ki, bəyanatda ABŞ Prezidenti Donald Trampın Tehranın 10 bəndlik təklifini qəbul etdiyi iddia olunur.
Bəyanatda qeyd edilir:
“Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb, İslam Respublikası Amerikanı 10 maddəlik planını qəbul etməyə məcbur edib.”
AMTŞ-ın açıqladığı plana əsasən, ABŞ:
Təcavüz etməməyə,
İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsini qəbul etməyə,
Uranın zənginləşdirilməsini qəbul etməyə,
Bütün sanksiyaları ləğv etməyə,
BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə qəbul olunan bütün qətnamələrə son qoymağa,
İrana dəymiş zərəri ödəməyə,
ABŞ ordusunun bölgədən çıxarılmasına və bütün cəbhələrdə, o cümlədən Livandakı Hizbullah-a qarşı müharibəni dayandırmağa öhdəlik götürüb.
Qeyd olunur ki, Donald Tramp Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.