🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran bölgədə atəşkəs şərtlərini açıqlayıb

Azərbaycan.media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bölgədəki müharibəyə son qoymaq məqsədilə göstərilən səylərə görə Şahbaz Şərif və Asim Munirə təşəkkürünü bildirib.
Əraqçi bu barədə sosial şəbəkə hesabında məlumat verib:
“İran İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdikləri yorulmaz səylərə görə əziz qardaşlarım, Pakistanın Baş Naziri Şərifə və Feldmarşal Munirə təşəkkür və minnətdarlığımı bildirirəm,” – məktubda qeyd olunub.
Nazirin sözlərinə görə, İrana qarşı hücumlar dayandırıldığı təqdirdə, İran Silahlı Qüvvələri öz müdafiə əməliyyatlarını dayandıracaq. Eyni zamanda, iki həftə ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid təmin olunacaq.