🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xalq artisti Rafiq Əzimov həyat yoldaşına minnətdarlığını ifadə edib

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Rafiq Əzimov “Həftənin qonağı” proqramında şəxsi həyatından və həmkarları ilə bağlı xatirələrindən danışıb.
Aktyor bildirib ki, ona Prezident tərəfindən 5 otaqlı ev hədiyyə edilib və həmin binada tanınmış şəxslər də yaşayırmış. O, mərhum həmkarları Səməndər Rzayev, Əliabbas Qədirov, Mübariz Əlixanoğlu və Yaşar Nuri ilə bağlı xatirələrini bölüşüb.
Rafiq Əzimov həyat yoldaşından da danışıb:
“Məni həyat yoldaşım saxlayır. Qastrollara həyat yoldaşımla gedirdim. Allah məni xoşbəxt edib ki, o, qadını qarşıma çıxarıb. Bayramda paxlava, şəkərbura çox yedim. Şəkər qalxan kimi dərman verir. Təzyiqim olsa da, olmasa da səhər, axşam dərman verir. Ayaqqabım təmiz, geyimim səliqəli olmalıdır.”
O, həmkarları ilə bağlı xatirələrini və həyat yoldaşının ona göstərdiyi qayğısını xüsusi vurğulayıb.