Azərbaycan.media xəbər verir ki, bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10–12° isti, gündüz 15–17° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75–80 %, gündüz 60–70 % təşkil edəcək.
Azərbaycanın digər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı, şimşək, dolu və dağlıq ərazilərdə qar yağması ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, şərq küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperatur proqnozu isə belədir: gecə 9–12° isti, gündüz 18–23° isti; dağlarda gecə 3–8° isti, gündüz 13–18° isti olacaq.
