Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Baş prokurorunun sabiq birinci müavini və keçmiş deputat Mətləb Mütəllimli vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Qeyd olunur ki, M.Mütəllimli 20 may 1949-cu ildə Horavar kəndində doğulub. O, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı (1995–2000) və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı (1991–1995) olub.
