🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda taksilərdə icbari sığorta üçün xüsusi əmsallar tətbiq olunur

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri üçün icbari sığorta haqlarına xüsusi əmsallar tətbiq edilməyə başlanıb.
Baku TV-yə istinadla Mərkəzi Bankın açıqladığı məlumatda bildirilir ki, aparılan təhlillər şəxsi avtomobillərlə müqayisədə taksi avtomobillərinin üçüncü şəxslərin əmlakına və sağlamlığına zərər vurma ehtimalının daha yüksək olduğunu göstərib. Bu səbəbdən taksilərə xüsusi əmsalların tətbiqi zəruri olub.
Sığorta ekspert Şahin İsmayılov bildirib ki, taksilərdə istifadə olunan avtomobillərin mühərrik həcmi kiçik olduğundan əvvəlcə sığorta haqları aşağı olub:
“Sığorta hadisələrinin baş verməsində taksi xidməti göstərən avtomobillərin payı çox olduğuna görə sığorta şirkətləri böyük məbləğdə ödənişlər etmək məcburiyyətində qalırdılar. Bundan sonra taksi xidməti göstərən avtomobillər hadisə törətdikdə onların icbari sığorta haqqı bonus-malus sistemi üzrə 300 manat və daha çox ola bilər.”