Azərbaycan.media xəbər verir ki, paytaxtın Binəqədi rayonunun bəzi hissələrində sabah qaz təchizatında müvəqqəti fasilələr müşahidə olunacaq.
Modern.az-ın məlumatına görə, bu barədə Azəriqaz xəbər yayıb.
Bildirilir ki, aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar olaraq 8 aprel tarixində saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
