Azərbaycan.media xəbər verir ki, ABŞ və İsrail İranın Ərak şəhərindəki alüminium zavoduna və Bəndər-Mahşəhərdəki “Fajr” neft-kimya kompleksinə hava zərbələri endiriblər.
Bu barədə Publika.az “Press TV” telekanalına istinadla məlumat yayıb. Hazırda dağıntılar və xəsarət alanlar barədə dəqiq məlumat verilmir.
Aprelin 7-də ABŞ və İran bir-birlərinə əvvəlkindən daha ciddi təhdidlər səsləndiriblər. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, bu gecə bir daha heç vaxt bərpa olunmayacaq və bütöv bir sivilizasiya yox olacaq. Cavab olaraq Tehran bildirib ki, 14 milyon vətəndaş ölkənin müdafiəsinə qalxmağa hazırdır və Birləşmiş Ştatlar “qırmızı xətləri” keçərsə, hərbi əməliyyatlar regionun hüdudlarından kənara çıxacaq.
