🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bir sıra əsas küçə və prospektlərdə nəqliyyat sıxlığı yaranıb

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda bir sıra yollar və prospektlərdə hazırkı nəqliyyat vəziyyəti ilə bağlı məlumat yayıb.

Məlumata əsasən, hazırda şəhərin müxtəlif istiqamətlərində sıxlıq müşahidə olunur:

  1. Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində
  2. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində
  3. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyədək
  4. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
  5. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
  6. Heydər Əliyev prospekti (əsas yol) – mərkəz istiqamətində
  7. Heydər Əliyev prospekti (köməkçi yol) – mərkəz istiqamətində
  8. Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində
  9. 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində
  10. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində
  11. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində
  12. Koroğlu Rəhimov küçəsi – Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində
  13. Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində
  14. 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək
  15. Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində
  16. Aeroport şosesi – “Koroğlu” metro stansiyası istiqamətində

NİİM sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət zamanı ehtiyatlı olmaları və alternativ yollardan istifadə etmələri tövsiyə edir.