Azərbaycan.media xəbər verir ki, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Kharrazi evinin bombalanması nəticəsində aldığı yaralardan vəfat edib.
Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb. Bildirilib ki, hadisə zamanı ağır yaralanan Xərraziyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, o, həmçinin İranın ali rəhbəri Ali Xameneinin müşaviri vəzifəsində çalışırdı və ölkənin xarici siyasətinin formalaşmasında mühüm fiqurlardan biri hesab olunurdu.
Xatırladaq ki, bundan əvvəl mediada Kamal Xərrazinin evinin bombalanması nəticəsində ağır yaralandığı barədə məlumat yayılmışdı. Hadisənin detalları ilə bağlı rəsmi açıqlamaların verilməsi gözlənilir.
