🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İsrail-Livan sərhədində hava hücumu həyəcanı səsləndi

Azərbaycan.media xəbər verir ki, İsrailin şimalında, Livanla sərhəd yaxınlığında hava hücumu həyəcanı elan edilib. Bu barədə Ynet məlumat yayıb.
Bildirilib ki, raket atəşi təhlükəsi ilə bağlı xəbərdarlıq siqnalları Yuxarı Qalileyada yerləşən Misgav Am və Metula yaşayış məntəqələrində aktivləşdirilib.
İsrail Müdafiə Qüvvələri isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, 8 apreldə İran və ABŞ arasında atəşkəs razılaşmasının əldə edilməsinə baxmayaraq, İsrailin Livan ərazisinə zərbələr endirməsi regionda gərginliyin davam etdiyini göstərir.