Azərbaycan.media xəbər verir ki, Bakının Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Məlumat Azərişıq ASC tərəfindən verilib. Bildirilib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.
Təmir-təftiş işləri Hövsan qəsəbəsində yerləşən transformator məntəqəsində həyata keçiriləcək. Bu səbəbdən saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov və İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
