🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Regional” BOKT 2025-ci ili 215 min manat mənfəətlə başa vurub

Azərbaycan.media xəbər verir ki, “Regional” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 215 min manat xalis mənfəətlə tamamlayıb. Bu göstərici 2024-cü ildəki 192 min manat mənfəətlə müqayisədə artım deməkdir.

Ötən il təşkilatın vergiyəqədərki mənfəəti 269 min manat olub ki, bu da illik müqayisədə 40,1% artım deməkdir. Mənfəət vergisi üzrə ödənişlər isə 54 min manat təşkil edib, əvvəlki ildə isə vergi ödənilməyib.

2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə, “Regional”ın aktivləri 6,588 milyon manata yüksəlib. Bu, illik müqayisədə 41,9% artım deməkdir. Aktivlərin 4,834 milyon manatı müştərilərə verilmiş kreditlərdən ibarət olub. Kredit portfeli isə 2025-ci il ərzində 16,1% genişlənib.

Hesabat dövründə BOKT-un öhdəlikləri 14% artaraq 4,709 milyon manata çatıb. Eyni zamanda, balans kapitalı 3,7 dəfə artaraq 1,879 milyon manat, nizamnamə kapitalı isə 3,2 dəfə artaraq 1,6 milyon manat olub.

Qeyd edək ki, “Regional” BOKT 2014-cü ildə yaradılıb. Onun təsisçiləri hər biri 33,3% payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır.