🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AİB Azərbaycanda iqtisadi artım və inflyasiya ilə bağlı yeni proqnozunu açıql

Azərbaycan.media xəbər verir ki, Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2026–2027-ci illər üzrə iqtisadi artım və makroiqtisadi göstəricilərlə bağlı yeni proqnozlar təqdim edib.

Bankın hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2026-cı ildə 2%, 2027-ci ildə isə 1,8% olacağı gözlənilir. AİB artım tempindəki yavaşımanı əsasən neft hasilatının azalması ilə əlaqələndirib.

Sənədə görə, aqrar sektor üzrə artım 2026-cı ildə 1,4%, 2027-ci ildə isə 1% səviyyəsində proqnozlaşdırılır. Sənaye istehsalında isə müvafiq olaraq 0,2% və 0,1% artım gözlənilir.

Bununla yanaşı, dövlət büdcəsi ilə bağlı göstəricilər də açıqlanıb. AİB-in proqnozuna əsasən, büdcə kəsiri 2026-cı ildə ÜDM-in 2,2%-ni, 2027-ci ildə isə 2,1%-ni təşkil edəcək. Dövlət Neft Fondundan transfertlərin 2026-cı ildə ÜDM-in 9,3%-i səviyyəsində olacağı bildirilir. Eyni zamanda, dövlət xərclərinin ÜDM-in 30,3%-nə bərabər olacağı, bunun 10,2%-nin isə əsaslı vəsait qoyuluşlarına yönəldiləcəyi qeyd olunub.

AİB həmçinin inflyasiya proqnozunu da yeniləyib. Bankın hesablamalarına görə, orta illik inflyasiya 2026-cı ildə 5,7%, 2027-ci ildə isə 4,9% təşkil edəcək.

Qeyd olunub ki, 2026-cı ildə qlobal karbohidrogen qiymətlərinin yüksək qalması idxal xərclərini artıracaq və bu, inflyasiyanın yüksəlməsinə səbəb olacaq. 2027-ci ildə isə inflyasiyanın nisbətən azalacağı proqnozlaşdırılır.