🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Saatlıda su kanalından avtomatlar tapılıb

Azərbaycan.media xəbər verir ki, Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalında odlu silahlar aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən aparılan baxış zamanı 2 ədəd avtomat tapılaraq götürülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.