Azərbaycan.media xəbər verir ki, Bakıda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunan küçə və prospektlərin siyahısı açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Mərkəzin məlumatına əsasən, hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
- Heydər Əliyev prospekti, əsas yol – mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti, köməkçi yol – mərkəz istiqamətində;
- Bakı-Sumqayıt şosesi – 20 Yanvar metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
- Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən 20 Yanvar metro stansiyası istiqamətində;
- Tbilisi prospekti – 20 Yanvar metro stansiyasından mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar metro stansiyası istiqamətində;
- Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Bakıxanov küçəsi – İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
- Rəşid Behbudov küçəsi – Azərbaycan Respublikasının Mərkəzi Bankı istiqamətində;
- Neftçilər prospekti – Azneft dairəsi istiqamətində;
- 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.
NİİM sürücülərə qeyd olunan ərazilərdə daha diqqətli olmağı, alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir.
Oxundu: 5
