🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xəzər dənizində ardıcıl zəlzələlər qeydə alındı

Azərbaycan.media xəbər verir ki, Xəzər dənizində bir neçə zəlzələ baş verib.
Məlumata görə, ilk yeraltı təkan Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb. Bildirilib ki, zəlzələnin maqnitudası 5.3 olub. Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsafədə yerləşib.
Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən verilən məlumata əsasən, yeraltı təkanlar Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad və Neftçala rayonlarında 4-3 bal gücündə hiss olunub. Zəlzələnin ocağı 70 km dərinlikdə yerləşib.
Bundan əlavə, qurumun məlumatına görə, Xəzər dənizində daha iki zəlzələ də qeydə alınıb. Onlardan birinin maqnitudası 3.2, dərinliyi isə 20 km olub.
Digər zəlzələnin maqnitudası 3.5 təşkil edib. Yeraltı təkan yerli vaxtla saat 18:11-də qeydə alınıb və ocağının dərinliyi 51 km olub.