🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda sabah yağış ehtimalı var – hava proqnozu açıqlandı

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti aprelin 9-na olan hava şəraitini açıqlayıb.

Məlumata görə, BakıAbşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarına doğru bəzi ərazilərdə yağış yağacağı ehtimal edilir. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 60-70 % olacaq.

Azərbaycanın Azərbaycan ərazisinin şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.

Axşam saatlarında yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi isə bəzi ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 6-11° isti, gündüz 14-18° isti, dağlıq ərazilərdə gecə 3-8° isti, gündüz isə 8-13° isti olacaq.