🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi

Azərbaycan.media xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib.

O, yaşadığı Qızılhacılı qəsəbəsində dünyasını dəyişib.

Əslən Göyçə mahalından olan Valeh Həsənov Goranboy rayonunda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Saleh Həsənov polkovnik-leytenant rütbəsinədək yüksəlib. O, İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Xocavənd, Cəbrayıl, eləcə də Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

S.Həsənov göstərdiyi qəhrəmanlığa, qüsursuz xidmətinə və Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə görə çoxsaylı medallarla təltif olunub.