🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabahın hava proqnozu açıqlandı: bəzi bölgələrdə yağış və dolu gözlənilir

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti aprelin 9-na olan hava proqnozunu açıqlayıb.

Bakı və Abşeron yarımadasında BakıAbşeron yarımadası ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə yağış ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz isə 14-17° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Azərbaycan ərazisinin şimal və qərb bölgələrindən başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.

Axşam saatlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi isə ayrı-ayrı ərazilərdə arabir güclənəcək.