🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gürcüstanda azərbaycanlı şəxs adam öldürməyə cəhd ittihamı ilə həbs edildi

Azərbaycan.media xəbər verir ki, Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Tbilisi polisi 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşını qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs edib.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Tbilisidə mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-nin sağlamlığına xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralı dərhal tibb müəssisəsinə yerləşdirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs cinayəti törətdikdən qısa müddət sonra saxlanılıb.

Faktla bağlı araşdırmalar Gürcüstan Cinayət Məcəlləsinin 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 19-108-ci maddəsi ilə davam etdirilir.