🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan və Qazaxıstan media sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan.media xəbər verir ki, aprelin 8-də Medianın İnkişafı Agentliyi Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Aliin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb və media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O, qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizə və informasiya mühitində keyfiyyət və etibarlılığın qorunmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

Rustam Ali isə müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə layihələrin icrası və saxta məlumatlara qarşı mübarizə məsələlərinə diqqət çəkib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, Alişer Askaroviç Suleymenov rəqəmsallaşma dövründə media sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslərin dayanıqlı və təhlükəsiz informasiya mühitinin yaradılmasına xidmət etdiyini qeyd edib. O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaq kommunikasiya platformalarının formalaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.