Azərbaycan.media xəbər verir ki, İranın son addımlarının ABŞ fond bazarına birbaşa təsir göstərdiyi iddia olunur.
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Hörmüz boğazı ətrafında baş verən hadisələr və Tehrandan səsləndirilən açıqlamalar Nyu-York birjasında əsas indekslərin dəyişməsinə səbəb olur.
Analitiklərin fikrincə, bu proses bir ölkənin maliyyə alətlərindən istifadə etmədən qlobal bazarlara təsir göstərməsinin nümunəsi kimi qiymətləndirilir. Onlar hesab edirlər ki, regionda artan gərginlik investorların davranışına birbaşa təsir edir və beynəlxalq maliyyə bazarlarında dalğalanmaları gücləndirir.
