Azərbaycan.media xəbər verir ki, yazıçı-şairə, publisist və redaktor, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyi üzvü, Prezident mükafatçısı, AYB əməkdaşı Südabə Sərvinin yeni kitabı nəşr olunub.
Müəllif bu əlamətdar hadisə ilə bağlı sevincini saytımızın əməkdaşı ilə bölüşərək bildirib ki, yeni nəşr onun üçün xüsusi əhəmiyyət daşıyır:
“Sabahkı doğum günümə ən gözəl hədiyyədir! Bu kitabın mənəvi dəyəri çox böyükdür. İllərdir üzərində işlədiyim detektiv romanın hər sətrini böyük məsuliyyət hissi ilə qələmə almışam və əsər öz maddi dəstəyimlə çap olunub.”
Qeyd edək ki, real hadisələr əsasında yazılan romanın ön sözü tanınmış yazıçı Çingiz Abdullayevə məxsusdur. Kitabın redaktoru isə Müşfiq Xandır.
Müəllif nəşrin ərsəyə gəlməsində əməyi olan Mücrü Nəşriyyatına, redaktora və bütün kollektivə dərin təşəkkürünü bildirib.
Mənbə: Azərbaycan.media
