Azərbaycan.media xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaregin cinayət işi üzrə ifadə verməkdən imtina edib. Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Bildirilib ki, katolikos müstəntiqlə görüş zamanı qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə edərək ifadə verməyib. Məlumata görə, iş üzrə müstəntiq Ara Avakyan, prokuror isə əvvəllər Ermənistan İstintaq Komitəsində çalışmış Xaçatur Qalstyandır.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan İstintaq Komitəsi katolikosun Erməni Apostol Kilsəsi ilə münaqişəsində Ermənistan hökumətini dəstəkləyən yepiskop Gevork Saroyanın (dünyəvi soyadı Arman Saroyan) vəzifədən azad edilməsi qərarından sonra cinayət işi açıldığını elan etmişdi. İş “məhkəmə qərarının icra edilməməsi və ya onun icrasına mane olma” və “məhkəmə qərarının icra edilməməsinə təhrik etmə” maddələri üzrə başlanıb.
Vəkil Ara Zohrabyan bildirib ki, prokurorluq katolikosun Ermənistanı tərk etməsinə qadağa qoyub.
Erməni Apostol Kilsəsi isə işi qanunsuz və siyasi motivli adlandırıb.
