🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Torqovı”da yaşayış binasında yanğın baş verib

Azərbaycan.media xəbər verir ki, paytaxtın “Torqovı” kimi tanınan ərazisində yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə Bakının Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qurumdan bildirilib ki, əlavə məlumat veriləcək.