Azərbaycan.media xəbər verir ki, Ukrayna müharibənin 1452-ci günü üzrə Rusiya ordusunun itkiləri ilə bağlı statistik məlumatları yeniləyib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Məlumata əsasən, Rusiya indiyədək ümumilikdə 1 252 020 hərbçi itirib. Bildirilib ki, məhv edilən və sıradan çıxarılan hərbi texnikaların sayı da artmaqda davam edir.
Açıqlamaya görə, indiyə qədər 11 668 tank, 24 031 zirehli döyüş maşını, 37 282 artilleriya sistemi, 1 645 reaktiv yaylım atəş sistemi (RYAS), 1 300 hava hücumundan müdafiə sistemi, 435 hərbi təyyarə və 347 helikopter məhv edilib.
Bundan əlavə, 78 388 avtomobil texnikası, 134 306 pilotsuz uçuş aparatı (PUA), 4 286 qanadlı raket, 29 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 071 xüsusi avadanlığın sıradan çıxarıldığı qeyd olunub.
Rəsmi Kiyev müharibə ilə bağlı statistik məlumatları mütəmadi olaraq yenilədiyini vurğulayır.
