Azərbaycan.media xəbər verir ki, qlobal əmtəə bazarlarında neft qiymətlərində artım qeydə alınıb.
“APA-Economics”in məlumatına görə, Nymex birjasında WTI markalı xam neftin bu ilin mart müqaviləsi üzrə qiyməti 0,08% və ya 0,05 dollar artaraq 62,89 dollar/barel təşkil edib.
ICE birjasında isə Brent markalı xam neftin aprel müqaviləsi 0,34% və ya 0,23 dollar bahalaşaraq 67,75 dollar/barel səviyyəsinə yüksəlib.
Analitiklər qiymətlərdəki artımı qlobal enerji bazarlarında tədarük gözləntiləri və tələb dinamikası ilə əlaqələndirirlər.
Oxundu: 5
