Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Robert Kalinak ilə görüşüb.
Modern.az-ın məlumatına görə, söhbət zamanı Prezident İlham Əliyevin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanıb və yüksəksəviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdə həmçinin ölkələr arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Xüsusilə hərbi-texniki sahədə tərəfdaşlığın inkişafı məmnunluqla qarşılanıb və bu əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
