🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İstanbulda 11-ci Beynəlxalq Nəşriyyatların Peşəkar Görüşləri keçirilib

Azərbaycan.media xəbər verir ki, İstanbulda Türkiyənin Naşirlər və Çap Peşəkarları Assosiasiyası (TBYM) Anadolu Agentliyi (AA) Qlobal Kommunikasiya Tərəfdaşı kimi təşkil olunan “11-ci Beynəlxalq İstanbul Nəşriyyatlarının Peşəkar Görüşləri” baş tutub.

Üç gün davam edən tədbirə 73 ölkədən 335 naşir qatılıb. İstanbulun dünyanın ən mühüm mədəni mərkəzlərindən biri olduğunu vurğulayan Elm Yayma Fondu Himayədarlar Şurasının sədri Bilal Ərdoğan tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə doqquz Azərbaycan naşiri iştirak edib və ümumilikdə 150 ikitərəfli işgüzar görüş keçirilib. “Introtema Müəllif Hüquqları Agentliyi”nin Azərbaycan nümayəndəsi Xəyalə Murad bildirib ki, Azərbaycan naşirləri hər il bu tədbirdə təmsil olunurlar.

O əlavə edib ki, indiyə qədər Azərbaycan müəlliflərinin kitabları Şri-Lanka, Albaniya, Türkiyə, Özbəkistan və Banqladeş dillərinə tərcümə edilərək həmin ölkələrdə satışa çıxarılıb.

Qeyd edək ki, proqram beynəlxalq müəllif hüquqlarının mübadiləsi və nəşriyyat əməkdaşlığı baxımından sektorun əhəmiyyətli toplantılarından biri hesab olunur.