🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ombudsman Səbinə Əliyeva Bakı şəhərində vətəndaşları qəbul edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Səbinə Əliyeva fevralın 12-də Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Ombudsman Aparatından verilən məlumata görə, Səbinə Əliyeva qəbul üçün müraciət edən vətəndaşları fərdi qaydada dinləyib və bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görüb.

Araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı, mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.