🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İmran Xan sağ gözünün görmə qabiliyyətinin 85 faizini itirib

Azərbaycan.media xəbər verir ki, Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan sağ gözünün görmə qabiliyyətinin 85 faizini itirib.

Məlumata görə, bu barədə siyasətçinin vəkili Pakistanın Ali Məhkəməsində çıxışı zamanı açıqlama verib. Vəkil bildirib ki, bu durum onsuz da ciddi hüquqi və siyasi təzyiqlərlə üzləşən 73 yaşlı siyasətçi üçün əlavə çətinlik yaradır.

Qeyd edək ki, İmran Xan 2023-cü ilin avqust ayından etibarən həbsdədir. O, korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.