🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda hoteldə meyit aşkarlanıb

Azərbaycan.media xəbər verir ki, paytaxtın Yasamal rayonunda yerləşən “Jade” hotelində meyit tapılıb.

Hadisə Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində qeydə alınıb. Məlumata görə, şəhər sakini, 2001-ci il təvəllüdlü İ. Kərimovun meyiti aşkarlanıb.

İlkin məlumata əsasən, mərhumun üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb.

Faktla bağlı araşdırma aparılır.