🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pakistanda 5,8 bal gücündə zəlzələ olub

Azərbaycan.media xəbər verir ki, Pakistan ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti açıqlama yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Şahdadkot şəhərindən 90 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və ya dağıntı barədə rəsmi məlumat verilməyib.