Azərbaycan.media xəbər verir ki, Axar.az-ın məlumatına görə, fevralın 13-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində planlı təmir və yenidənqurma işləri həyata keçiriləcək.
“Azərişıq“ın açıqlamasına görə, texniki işlər səbəbindən saat 10:30-dan 16:30-a qədər Buzovna qəsəbəsinin Abşeron küçəsində enerji təchizatı müvəqqəti dayandırılacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra həmin ərazinin elektrik enerjisi ilə təchizatı daha keyfiyyətli və dayanıqlı səviyyədə təmin olunacaq. İstifadəçilərdən anlayış gözlənilir.
