🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda 4-cü sinif şagirdi qəfil vəfat edib

Azərbaycan.media xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakı şəhərində 4-cü sinif şagirdi Elcan Məmmədov evdə dünyasını dəyişib. O, 2016-cı il təvəllüdlüdür və 211 nömrəli tam orta ümumitəhsil məktəbinin 4b sinifində oxuyurdu.

TƏBİB-dən verilən açıqlamaya görə, 12 fevral 2026-cı il tarixində saat 06:38 radələrində Yasamal rayonu üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırışa dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin ehtimallara görə, şagird son günlər uşaqlar arasında yayılan virusa yoluxub və bu səbəbdən vəfat edib. Faktla bağlı əlavə araşdırmalar davam edir.