Azərbaycan.media xəbər verir ki, Bakıda fəaliyyət göstərən bir sıra tanınmış özəl klinika və tibbi şirkətlərin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub. Məlumat Axar.az-ın Qaynarinfo-ya istinadən yaydığı xəbərdə əksini tapıb.
Bildirilib ki, borclular siyahısına təkcə klinikalar deyil, eyni zamanda dərman və tibbi ləvazimatların satışı ilə məşğul olan şirkətlər də daxildir.
Vergi borcu olan bəzi şirkətlər və məbləğlər aşağıdakılardır:
-
“Byron Medical” MMC – 27 816,59 manat (Demirok Ugur)
-
“General Medikal” MMC – 15 633,70 manat (Qəribov İlham İslam oğlu)
-
“İzomer Medical” MMC – 11 544,05 manat (Həbibov Polad Murad oğlu)
-
“Medicine” MMC – 23 735,68 manat (Ramazanlı Cavid Şamo oğlu)
-
“Uni Service Medical” MMC – 40 429,15 manat (Ruhullayev Rauf Eynulla oğlu)
-
“Alfamed Ltd” MMC – 103 666,71 manat (Əliyeva Kübra Yaşar qızı)
-
“Medaura Klinikası” MMC – 361 040,11 manat (İsbiyev Mübariz Qabil oğlu)
-
“Synergy Medical” MMC – 3 330 972,79 manat (Paşayeva Gülnar Polad qızı)
-
“Med Life Group” MMC – 33 720,76 manat (Babayev Məmməd Tofiq oğlu)
-
“Proymed Espana Corp” MMC-nin Azərbaycan filialı – 159 404,34 manat (Sazak Metin)
-
“Premiummed” MMC – 66 591,37 manat (Abdullayeva Rəna Eldar qızı)
-
“Medoil” MMC – 33 156,92 manat (Məmmədov Ceyhun Asim oğlu)
-
“Meduza-ALP” MMC – 342 329,66 manat (Cəfərov Elşən İslam oğlu)
-
“Atlas Medical Center” MMC – 196 252,71 manat (Əliyeva Əsli Əkbər qızı)
-
“Yunimed” MMC – 1 044 572,41 manat (Məmmədov Vahid Məhəmmədəli oğlu)
-
“Turazmed Tibb Avadanlıqları” MMC – 62 524,15 manat (Əhmədov Almaz Novruz oğlu)
-
“Vescor Med” MMC – 459 696,51 manat (İsmayılov Emin Maksim oğlu)
-
“Medicare Klinikası” MMC – 11 067,76 manat (Məmmədova Nurlana Qədir qızı)
-
“Medistyle” MMC – 25 804,04 manat (Əhmədov Ramil Famil oğlu)
-
“Nur Medikal” MMC – 26 621,19 manat (Əliyeva Nazilə Ata qızı)
-
“Ankarat Medik Lab” MMC – 287 721,01 manat (Eyyubov Şəhriyar Azər oğlu)
Qeyd olunub ki, vergi borcları əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Ərazi Vergilər Baş İdarəsi xətti ilə formalaşıb. Məlumata görə, bəzi tibbi şirkətlərin rəhbərlərinin ölkədən çıxışına da müvəqqəti məhdudiyyət tətbiq edilib.
