Azərbaycan.media xəbər verir ki, Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın 10-da baş tutacaq. Bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, iclasın gündəliyinə ümumilikdə 12 məsələ daxil edilib. Deputatlar qanunvericilik və beynəlxalq əməkdaşlıqla bağlı bir sıra mühüm sənədləri müzakirə edəcəklər.
Plenar iclasın gündəliyinə daxil edilən məsələlər bunlardır:
-
“İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
-
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi.
-
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
-
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
-
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
-
Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
-
“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
-
Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
-
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
-
Bir sıra məcəllə və qanunlarda, o cümlədən Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrdə, həmçinin “Gənclər siyasəti haqqında”, “Media haqqında” və digər qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihəsi (birinci oxunuş).
-
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
-
“Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Qeyd edək ki, gündəlikdə yer alan məsələlər sosial, hüquqi və iqtisadi sahələri əhatə edir.
