🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Los-Ancelesdə avtomobil ərzaq mağazasına çırpıldı: ölən və yaralananlar var

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində avtomobilin ərzaq mağazasına çırpılması nəticəsində azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

“ABC News”un yerli filialının məlumatına görə, xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi hələlik dəqiqləşdirilməyib. İlkin məlumatlara əsasən, qəzanın qəsdən törədilmədiyi bildirilir.

Qeyd olunur ki, nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində qalıb, araşdırma aparılır.