🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Almaniyada ata üç yaşlı qızını zəhərləməyə cəhdə görə məhkəmə qarşısında

Azərbaycan.media xəbər verir ki, Bavariyanın Regensburq şəhərində üç yaşlı qızını zəhərləyərək öldürməyə cəhd etməkdə ittiham olunan 28 yaşlı şəxs hakim qarşısına çıxarılıb.

“Bild”in məlumatına görə, Əfqanıstan vətəndaşı Elias Q. aliment ödəməkdən yayınmaq məqsədilə qızının ağzına siçan zəhəri olduğu bildirilən maddəni zorla salıb. Maddəni udduqdan sonra uşağın səhhəti kəskin pisləşib. Ananın dərhal təcili yardım çağırması sayəsində həkimlər körpənin həyatını xilas ediblər.

İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs cinayəti bir neçə həftə əvvəlcədən planlaşdırıb və internetdə zəhərlərin insan orqanizminə təsiri ilə bağlı məlumatlar axtarıb.

Məhkəmədə çıxış edən Elias Q. irəli sürülən ittihamları qəbul etməyib.

Qeyd edək ki, dünyada uşaqlara qarşı törədilən bu kimi ağır cinayət cəhdləri zaman-zaman müxtəlif ölkələrdə də qeydə alınır.