Azərbaycan.media xəbər verir ki, Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsində dəyişikliklərin icrası ilə bağlı sərəncam verib. Sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə normativ hüquqi aktların Prezidentin müvafiq fərmanına uyğunlaşdırılması ilə bağlı təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarına fərmanın icrasından irəli gələn tədbirləri dörd ay ərzində həyata keçirmək tapşırılıb. Ədliyyə Nazirliyi isə uyğunlaşdırma prosesini təmin edərək altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub və sənəd imzalandığı gündən qüvvəyə minib.
