🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ şirkətləri Ermənistanın TRIPP layihəsi üçün sahə araşdırmalarına başlayıb

Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu (TRIPP) layihəsi çərçivəsində sahə araşdırmaları aparmaq üçün AECOM şirkətinin əməkdaşları Ermənistana göndərilib.

ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, bu iş Ermənistanın uzunmüddətli iqtisadi inkişafına, nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və regional inteqrasiyaya töhfə verəcək.

Eyni zamanda qeyd olunur ki, layihə çərçivəsində dəmir yolu və digər infrastrukturun yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmalar və təkliflər hazırlanacaq.