🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hacıqabulda 68 yaşlı şəxs narkotik vasitələrin daşınmasında saxlanılıb

Azərbaycan.media xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 68 yaşlı Rüstəm Quluzadə saxlanılıb.

Polisin açıqlamasına görə, ondan ümumi çəkisi təxminən 7 kiloqram olan həşiş, heroin və marixuana aşkarlanıb.

R.Quluzadə istintaq zamanı bildirib ki, narkotik vasitələrin daşınmasında əcnəbi vətəndaş tərəfindən narkokuryer kimi cəlb olunub və onları Gəncə şəhərinə çatdırmalı imiş.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.