🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Polis” qəzetinə yeni redaktor təyin edilib

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan “Polis” qəzetinə yeni baş redaktor təyin edilib.

Publika.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Anar Qafarov “Polis” qəzetinin redaktoru vəzifəsinə gətirilib.

Qeyd olunur ki, Anar Qafarov bundan əvvəl DİN-in Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, “Polis” qəzetinin əvvəlki redaktoru, polis polkovniki Hafiz Təmirov bir müddət əvvəl vəzifəsindən ayrılıb.