🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunları davam edir

Azərbaycan.media xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları bu gün də keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, daha iki qarşılaşma baş tutacaq:

  • “Şamaxı” – “Qarabağ”
    Şamaxı şəhər stadionu, saat 14:30
    Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov

  • “Turan Tovuz” – “Kəpəz”
    Tovuz şəhər stadionu, saat 19:00
    Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov

Xatırladaq ki, ötən gün keçirilən “Sumqayıt” – “Zirə”“Sabah” – “Qəbələ” oyunlarında qalib müəyyənləşməyib – hər iki görüş 0:0 hesabı ilə başa çatıb.