Azərbaycan.media xəbər verir ki, fevralın 5-i ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi rayonlarda yağış, əksər ərazilərdə isə qar yağıb.
Qarın hündürlüyü bəzi bölgələrdə belə olub: Zaqatalada (Əlibəy) 36 sm, Qaxda (Sarıbaş) 31 sm, Şəkidə (Kişçay) 20 sm, Qrızda 14 sm, Şahdağda 13 sm, Xınalıqda 8 sm, Kəlbəcər və Qusarda (Laza) 7 sm, Qubadlı, Laçın və Lerikdə 5 sm, Qobustan, Quba və Xızıda 4 sm, Şamaxıda 3 sm, Yardımlıda 2 sm.
Yağıntının miqdarı isə belə qeydə alınıb: Qəbələdə 34 mm, Astarada 23 mm, Lənkəranda 21 mm, Cəlilabad və Neftçalada 18 mm, Oğuzda 15 mm, Balakəndə 14 mm, Biləsuvarda 11 mm, əksər rayonlarda isə 9 mm-ə qədər.
Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar və Qubada duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1° C, Naxçıvan MR-da 12° C şaxta, dağlıq rayonlarda 14° C şaxta, Aran rayonlarında isə 2° C isti olub.
