🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan.media xəbər verir ki, Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Məlumata görə, Quliyev Sərxan Əliağa oğlu idarə etdiyi “Mercedes Benz C 200” markalı avtomobillə magistral yolda hərəkət edərkən 61 yaşlı Talıbova Nəzakət Qasım qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.