Azərbaycan.media xəbər verir ki, iki gün ərzində Bakı şəhərində davam edən güclü külək nəticəsində 78 ağac sınmış, 40 ağacın budaqları isə qırılıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi xəbər verib. Qeyd olunub ki, birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq sınan ağaclar və qırılan budaqları operativ şəkildə təmizləyiblər. Ərazi birliyin növbətçi briqadaları tərəfindən sürətlə bərpa olunub.
